Bu gün

Tbilisi-Brüssel  münasibətləri kəskinləşir - Aİ-dən terrora dəstək - ŞƏRH

Gürcüstan hökuməti ilə Avropa İttifaqı arasındakı münasibətlərdə yenidən kəskinləşmə müşahidə edilir. Bir müddət əvvəl Brüssel və Tblisi münasibətlərində yaranan gərginliyə yenisi də əlavə edilib. Tbilisidə xarici qüvvələrin radikallara və zorakılığa dəstək yolu ilə Gürcüstanı necə  qeyri-sabitləşdirməyə çalışdığına dair yeni və aydın dəlillər ortaya çıxıb. Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Aİ hakimiyyətini birbaşa "daxili terrorçuları" dəstəkləməkdə günahlandırıb. Səbəb ötən ilki parlament seçkiləri zamanı kütləvi iğtişaşların təşkilatçılarından biri olan Zviad Tsetsxladzeyə Aİ nümayəndə heyətinin göndərdiyi dəstək məktubu olub. Məktub 4 oktyabrda prezident sarayının ələ keçirilməsi cəhdindən bir neçə gün əvvəl göndərilib.

Papuaşvili Tsetsxladzenin küçə müharibələrinə çağırış etdiyi bir videoçarxı yayımlayaraq iddia edib ki, Aİ nümayəndəsi "soyuqqanlı şəkildə küçə müharibələri planlaşdıran bir şəxslə yazışır". Bu, birbaşa zorakılığa və ekstremizmə təşviqdir. Avropa rəsmiləri müxalifətin aqressivliyinə göz yumur, həm də Gürcüstan hakimiyyətinə təzyiq göstərmək üçün radikallardan fəal şəkildə istifadə edirlər. Bu vəziyyət Brüsselin demokratiya və söz azadlığı ilə bağlı şüarlarının əslində xaos və dövlətin daxili işlərinə müdaxilə alətini gizlətdiyinin daha bir sübutudur.

Hadisələrin  gedişatı isə söyləməyə imkan verir ki, Brüssel Tbilisidə hakimiyyəti devirmək üçün bütün yollara baş vurur. Amma Gürcüstan hökumətinin təslim olmaması və buna qarşı çıxması, yaxın vaxtlarda Aİ-nin yeni həmlələr edəcəyindən xəbər verir.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?